image-27179972backend

Paşinyan Xaçaturovu bağışladı-QADAĞA GÖTÜRÜLÜDÜ

image-reklam_sirab_01

Veteninfo.az xatırladır ki, 26 İyul 2018 -ci ildə Ermənistan Xüsusi İstintaq Xidməti, sabiq  prezident Robert Köçəryana qarşı 1 Mart 2008 -ci ildə etiraz aksiyalarını dağıtmaqla bağlı cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə ittiham irəli sürmüşdü. İrəli sürülən ittiham əsasında təkcə Köçəryan deyil,eyni zamanda bu işdə adları hallanan KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və prezident administrasiyasının keçmiş rəhbəri Armen Gevorgyan həbs edilmişdilər Ermənistan tlegram kanallarının xəbərinə görə, Xaçaturova qarşı cinayət işi aprel ayında geri çəkilib, qabaqlayıcı tədbir ləğv edilib, lakin onun ölkəni tərk edə bilməməsi ilə bağlı qərar qüvvədə qalıb.Məlumata görə, bu gün Ermənistan Apellyasiya Məhkəməsində keçirilən məhkəmədə hakim Narine Hovakimyan Ermənistan Baş Qərargahının keçmiş rəhbəri Yuri Xaçaturovun ölkədən çıxışına qoyulan qadağanı ləğv edib.Görüşün əvvəlində Xaçaturovun vəkili Mihran Poqosyan sonuncuya qarşı cinayət işinə xitam verildiyini və qabaqlayıcı tədbirin ləğv edildiyini, lakin hərəkətə və xüsusən də sərhədi keçmək qadağasının qaldığını bildirib. Vəkil qadağanın ləğv edilməsi üçün vəsatət qaldırıb. Buna əsaslanaraq hakim Hovakimyan müdafiə tərəfinin vəsatətini təmin etmək qərarına gəlib.Maraqlıdır Yuri Xaçaturovun vəkilinin vəsatətinə etiraz etməyib. Ermənistanda Qərb yönümlü analtiklər Xaçaturovun üzərində olan son qadağanın götürülməsini,baş nazir Nikol Paşinyanın onu əfv etməsi kimi dəyərləndiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki