image-ermeni-general-veteninfobackend

Paşinyana müxalif olan general işdən çıxarıldı – “Qarabağ klanı”nın təmizlənməsinə start verildi

image-reklam_sirab_01
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini Stepan Gevorkyan tutduğu vəzifədən azad edilib.
Veteninfo.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb. Məlumatı prezidenti mətbuat xidməti yayıb.
Stepan Gevorkyan “Qarabağ klanı”na yaxın şəxs hesab edilir. O, separatçı rejimin hərbi liderlərindən biri olub. Qondarma Dağlıq Qarabağ Respublikasının (“DQR”) keçmiş “prezidenti” Bako Saakyanın dövründə “DQR”-in “Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini” vəzifəsinə təyin edilib.
Gözlənilirdi ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra Baş nazir Nikol Paşinyan dövlət strukturlarındakı “Qarabağ klanı”na yaxın şəxsləri vəzifələrindən kənarlaşdıracaq. Bu baxımdan, Stepan Gevorkyanın işdən çıxarılması son olmayacaq.
Paşinyanın “təmizləmələrə” Ermənistan Silahlı Qüvvələrindən başlaması da təsadüfi deyil. Bu ilin fevralında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb etmişdi. O zaman yayılan bəyanatda deyilirdi: “Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavininin əsassız səbəblərdən, milli maraqlar nəzərə alınmadan, yalnız şəxsi və emosionallığa əsaslanan iddialarla vəzifəsindən azad edilməsinə qəti etirazını bildirir. Ermənistan Silahlı Qüvvələri uzun müddətdir mövcud hakimiyyət tərəfindən Silahlı Qüvvələri nüfuzdan salmağa yönəlmiş “hücumlara” səbirlə dözürlər, lakin hər şeyin öz həddi var.
Ermənistanın Baş naziri və hökuməti böhran və erməni xalqı üçün taleyüklü vəziyyətdə kifayət qədər doğru qərar qəbul edə bilmirlər.
Mövcud vəziyyətlə əlaqədar olaraq, Ermənistan Silahlı Qüvvələri, Baş nazirinin və Ermənistan Respublikası Hökümətinin istefasını tələb edir”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki