image-375889_res_01backend

Pentaqon Əfqanıstanı tərk edən sonuncu ABŞ hərbçisinin fotosunu yaydı

image-reklam_sirab_01

ABŞ Əfqanıstanı tərk edən sonuncu hərbçisinin fotosunu yayıb. Pentaqonun rəsmi Tvitter hesabında dərc edilmiş və infraqırmızı kamera ilə çəkilmiş fotoda general-leytenant Kris Donahyu əks olunub. O, ABŞ ordusunun 18-ci hava-desant korpusunun komandanıdır. Fotoya əsasən general əlində avtomat ABŞ Hərbi Hava Qüvvələrinin C-17 nəqliyyat təyyarəsinin göyərtəsinə qalxır. Onun təyyarəyə minməsindən sonra ABŞ Əfqanıstandan qoşunlarının çıxarılmasının başa çatdığını rəsmən elan edib.

Əfqanıstanda bir nəfər də olsun ABŞ hərbçisinin qalmadığını daha əvvəl-avqustun 31-nə keçən gecə ABŞ Mərkəz komandanlığının rəhbəri, general Kennet Makkenzi bəyan etmişdi. O bildirib ki, bütün Əfqanıstan hərbi kampaniyası zamanı ABŞ ordusu 2461 hərbçisini və mülki şəxsini itirib. Daha 20 minə yaxın ABŞ vətəndaşı yaralanıb.

“Taliban” nümayəndəsi Zabihulla Mücahid isə bəyan edib ki, ABŞ qoşunlarının çıxarılması ilə Əfqanıstan müstəqilliyinə qovuşub.

Xatırladaq ki, ABŞ Əfqanıstandan qoşunlarını mayın sonlarından etibarən çıxarmağa başlayıb, buna paralel olaraq “Taliban” sürətlə ölkənin vilayətlərini tutub, hökumət qüvvələrini sıxışdırıb. Avqustun 15-də isə “Taliban” paytaxt Kabili döyüşsüz tutub və Əfqanıstanda hakimiyyəti ələ alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki