image-22backend

Pinqvin səhvən 3000 kilometr yol qət etdi

image-reklam_sirab_01

Antarktidada yaşayan Adelie pinqvini təsadüfən təbii yaşayış yerindən Yeni Zelandiya sahillərinə qədər 3000 kilometr məsafə qət edib.

 

Veteninfo.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Yeni Zelandiyalılar çimərlikdə tapdıqları pinqvinə “Pinqu” adını veriblər.

 

Bu, Adelie pinqvinlərinin Yeni Zelandiya sahillərinə ilk gəlişi deyil. Oxşar hallar əvvəllər də iki dəfə baş verib. 1962 və 1993-cü illərdə Yeni Zelandiya sahillərində Adelie pinqvini görünüb.

 

Mütəxəssislər deyirlər ki, Yeni Zelandiyada Adeli pinqvinlərinin nadir hallarda rast gəlinir, lakin gələcəkdə daha çox ortaya çıxması narahatlığa səbəb ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki