image-russia-politics-putinbackend

Putin Rusiyanın evini həmişəlik YIXACAQ

image-reklam_sirab_01

“Keçmiş Sovet ittifaqına daxil olmuş ölkələrin içərisində ən az yaşı olan ölkə Rusiyadır. Prezident Putinin Rusiyanın qədim tarixi olmasından danışması bu insanın mütləq mənada savadsızlığına dəlalət edir, ya da əksəriyyəti yarıkefli olan rusların düşünmək istəməməsindən istifadə edir”.

 

Veteninfo.az-ın məlumatına görə, bunu sabiq spiker Rəsul Quliyev Rusiya prezidenti Vladimir Putinin davranışlarını şərh edərkən deyib.

 

“Əslində Rusiyanın ölkə olması 17-ci əsrdən başlayır. Rusiya knyazlıqlar şəkilində ya Monqol -Türklərin, Polşanın, ya da Litva ölkələrinin tabeçiliyində olub. Təriflədikləri, öz məmurlarını diri-diri qaynar yağ çəlləklərində bişirən İvan Qroznı ancaq və ancaq Moskvanın knyazı idi. Krım xanlığı bir neçə dəfə Moskvanı işğal etmişdi və İvan Qroznı krımlılara hər il bac-xərac verirdi”.

 

Eks-siker deyir ki, Vladimir Putin daim qonşularını qorxu içərisində saxlayır:

 

“Məsələn, Qazaxstanın ölkə olmadığını, bu ölkəni Rusiyanın yaratdığını iddia edir və buna görə onun varidatı olduğu Qazaxıstanı istənilən vaxt yenidən işğal edə biləcəyinə işarə vurur. Bu insan Roma İmperiyasında legioner kimi iştirak edən Ukraynanı da Rusiyanın yaratdığını iddia edir. Ukraynanılar tarixdə olduqları vaxtdan azı 700 il sonra ruslar peyda olublar. 17-ci əsrdə Qərbdə bütün müharibələri uduzan ruslar heç kimin yaşamadığı, getmədiyi Sibirdəki bəzi yerlərdə məskunlaşıb və oraları Rusiya adlandırıb. Bu günün özündə də Rusiyanın Ural dağlarından Yaponiyaya qədər olan ərazisində cəmi 25-30 milyon adam yaşıyır, 120 milyon isə Avropa hissəsində.

 

Rusiya Osmanlı İmperiyası ilə İranın Bağdad uğrunda apardığı müharibədən istifadə edərək 1812 və 1828-ci illərdə Şimalı Azərbaycan, Dağıstan və Gürcüstan torpaqlarını ələ keçirib. Həmin bölgələri öz torpağı adlandıran Rusiya imperiyası bu ölkələrin dilinə, milli mədəniyyətinə, həyat tərzinə, dininə təcavüzə başlayıb, bu millətləri ruslaşdırmaq üçün dəridən-qabıqdan çıxıb, ancaq çox şeyə nail ola bilməyib.

 

1918-ci ilin mayında Zaqafqaziya ölkələri müstəqillik elan ediblər. Bolşevik Rusiyasının başı özünü işğaldan xilasa və sonra vətəndaş müharibəsinə qarışmışdı. Azərbaycan və Gürcüstanın müəyyən mənada ölkə yaratmaq üçün torpaqları var idi. Ermənistanın isə heç bir şeyi. Ermənistan yaradılarkən Türkiyə və Azərbaycan ermənilərə torpaq verib. İndi Putin Ermənistanı Rusiyanın yaratdığını iddia edir, heç kim də bu adama “a kişi, bu qədər yalan danışma, ayıbdır” demir”.

 

R.Quliyev bildirib ki, Ermənistanın yaranmasında 3 ölkənin rolu var: Türkiyə, Azərbaycan, Ermənistan.

 

“Onlara verilən sahələr də 16 min kvadrat kilometr olub. Ətrafındakı əsli-nəsli, tarixi olan ölkələri gücündən istifadə edib daim qorxu içərisində saxlamaqla Putin Rusiyanın evini birdəfəlik yıxacaq. Putin öz xoşuna heç vaxt vəzifəsindən getməyəcək. Ancaq daimi yaşamaq mümkün deyil. Putinin ölümündən ən çoxu 2 il sonra Krım da, Donbas da Ukraynaya qayıdacaq. Rus qoşunları Laçın dəhlizini tərk edəcək. Rusiya İmperiyasında Ural dağından məsələn, Yakutiyaya qədər Sibir, Altaydan Saxalinə qədər Şərqi Sibir ölkələri yaranacaq. Onlarında əsas əlaqələri Çin və Yaponiya ilə olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki