image-52backend

Putin Soçidə Mahmud Abbasla görüşəcək

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin Soçidə Fələstin lideri Mahmud Abbasla danışıqlar aparacaq.

 

Veteninfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib. 

 

“Liderlər Rusiyanın Fələstin-İsrail nizamlanması üçün göstərdiyi səyləri nəzərə alaraq, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini və Yaxın Şərq regionundakı vəziyyəti nəzərdən keçirəcəklər”, – məlumatda deyilir.

 

Bundan əvvəl Fələstin Xarici İşlər Nazirliyinin rəhbəri Riyad əl-Maliki məlumat vermişdi ki, məsləhətləşmələr zamanı Fələstin lideri bir sıra beynəlxalq və regional problemlərə, o cümlədən Yaxın Şərqdəki münaqişənin həllinə toxunmağı planlaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki