image-070800035348backend

Putin və Paşinyan regionda vəziyyəti müzakirə ediblər

image-reklam_sirab_01

İyulun 7-də Moskvada Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü olub.

Veteninfo.az Rusiya KİV-nə istinadən  xəbər verir ki, Rusiya prezidenti Paşinyanı seçkilərdə ona göstərilən etimad münasibətilə təbrik edib. “Ölkənin həyatı üçün belə çətin anlarda bu, gələcək inkişaf üçün vacib şərtdir”, – Kremlin mətbuat xidməti Putindən sitat gətirir.

Öz növbəsində Paşinyan erməni əsirlərin geri qaytarılmasında göstərdiyi köməyə görə Putinə təşəkkür edib və ermənilərin hamısının azad edilməməsindən. “Biz iyunun 24-də telefon söhbətimizdə bu mövzunu müzakirə etdik və bir həftə sonra 15 soydaşımız Vətənə qayıtdı”, – Paşinyan qeyd edib.

Sonra o, Azərbaycanla sərhəddə vəziyyətə toxunub. “Bununla bağlı biz dəfələrlə danışmışıq. Demək istəyirəm ki, burad da biz təəssüf ki, son iki ayda daim narahatlıq ocağına malikik. Ümid edirəm ki, biz bu gün bu məsələ ilə bağlı mövqelərimizi dəqiqləşdirə biləcəyik”, – o bildirib.

Qarabağda vəziyyətə toxunan Paşinyan deyib ki, sülhməramlılar sabitliyi təmin ediblər, lakin “zaman-zaman müəyyən narahatlıq, qeyri-sabitlik ocaqları yaranır. Bu gün mən bunun nə üçün və necə baş verdiyinə dair rəyləri və fikirləri sizinlə bölüşmək istəyirəm”, – Paşinyan deyib.

Putin isə öz növbəsində regionda kommunikasiyaların bərpası ilə məşğul olan üçtərəfli komissiyanın işinə toxunub və onun işinə müsbət qiymət verib.

Sonra görüş qapalı qapılar arxasında keçirilib. Hələ ki Ermənistan və ya Rusiya tərəfi görüşün yekunlarına dair ətraflı şərh verməyiblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki