Bizim təkliflərimiz əsasında yaxın gələcəkdə Qarabağ zonasında yeni astronomik stansiya qurulacaq.
Veteninfo.az xəbər verir ki, bunu AMEA Şanaxı Astorfizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov “Şamaxı Astrofizika Rəsədxanası: Müasir vəziyyəti və problemləri haqqında” müraciətində bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə Qarabağ zonasında yeni astronomik stansiyanın qurulması, orada müasir robot teleskopların yerləşdirilməsi, onların Rəsədxanadan idarə olunması, Rəsədxana ərazisində yerin kosmosdan peyk müşahidələri vasitəsilə öyrənilməsi üçün mərkəzi kosmik poliqonun yaradılması kimi məsələlər AMEA rəhbərliyi tərəfindən dəstəklənib.
N.İsmayılov, həmçinin əlavə edib ki, bu işlərin həyata keçirilməsi Şamaxı Astrofizika Rəsədxanasının uzaq və yaxın kosmosun tədqiqi üzrə beynəlxalq elmi mərkəzə çevrilməsində çox vacib addım olacaqdır.