image-2backend

Qazaxıstan Prezidenti Xəzərin çirklənmədən qorunması protokolunu imzalayıb

image-reklam_sirab_01

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzərin yerüstü mənbələrdən çirklənməsinin mühafizəsi üzrə ratifikasiya protokolu haqqında qanunu imzalayıb.

Veteninfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti noyabrın 1-də məlumat yayıb.

“Dövlət başçısı “Xəzər dənizinin yerüstü mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Protokolunun təsdiq edilməsi haqqında Qazaxıstan Respublikası Qanununu” imzalayıb”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, protokol 2012-ci ilin dekabrında imzalanıb. Sənədin məqsədi Xəzəri çirklənmədən qorumaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki