image-369193_res_01backend

Qazaxıstanda Nazarbayevə heykəl qoyuldu

image-reklam_sirab_01

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində ölkənin birinci prezidenti Nursultan Nazarbayevin abidəsinin açılışı olub. Təntənəli mərasimdə ölkə prezidenti Kasım-Jomart Tokayev də iştirak edib.

Qeyd edək ki, artıq 2020-ci ilin iyulunda Nur-Sultandakı Milli Müdafiə Universitetində Nazarbayevə abidə ucaldılıb.

Daha əvvəl Qazaxıstanın sabiq prezidentinin mətbuat katibi Aydos Ukibay bildirib ki, keçmiş dövlət başçısı ona respublikada abidə ucaltmaq ideyasını dəstəkləməyib. Mətbuat katibi vurğulayıb ki, Nazarbayev artıq dəfələrlə belə diqqət əlamətlərinin ona lazım olmadığı barədə danışıb. (Report)

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki