image-60backend

Qırğız Respublikasının parlamenti yeni sənədi təsdiqləyib

image-reklam_sirab_01

Qırğız Respublikasının parlamenti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə imzalanan “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişi və “Üzv Dövlətlərin Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsinə məcburi ödənişlərin həcminə dair” Protokolu ratifikasiya edib.

Veteninfo.az xəbər verir ki, noyabrın 3-də ölkə parlamenti bununla bağlı qərar qəbul edib.

Parlamentdə eyni zamanda mədəniyyət, idman və turizm sahəsində dövlət siyasətinin təxirəsalınmaz vəzifələri, tarixi-mədəni irsin qorunması və bundan iqtisadiyyatın inkişafı üçün mühüm amil kimi istifadə edilməsi barədə məsələlərə toxunulub.

Qeyd olunub ki, bu istiqamətdə Qırğız Respublikasının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığı böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” Saziş 2018-ci il sentyabrın 2-də Bişkek şəhərində imzalanıb. 2020-ci il noyabrın 28-də isə İstanbul şəhərində “Üzv Dövlətlərin Türk Mədəniyyəti və İrsi Fondunun Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair” Protokol imzalanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki