image-367727_res_00backend

Robert Köçəryan səs verdi: “Bəs sizin buna şübhəniz var?!..”

image-reklam_sirab_01

Ermənistanın keçmiş prezidenti, “Ermənistan” blokunun baş nazir postuna namizədi Robert Köçəryan arvadı Bella ilə Yerevandakı səsvermə məntəqələrindən birində səs verib.

O, jurnalistlərə “layiqli sülh və iqtisadi rifah” üçün səs verdiyini bildirib. Seçki məntəqəsindən çıxanda jurnalistlərdən biri ondan qələbəyə inanıb-inanmadığını, şansını necə dəyərləndirdiyini soruşub. “Bəs siz buna şübhə edirsiniz?”,-Köçəryan cavab verib. Bundan başqa Ermənistanda Mərkəzi Seçki Komissiyası sükut günündə qaydaları pozduğu üçün 2 Vətəndaş müqaviləsi” partiyasına və Nikol Paşinyana xəbərdarlıq edib. Bu haqda Robert Köçəryanın “Ermənistan” bloku bildirir. Belə ki, ötən gün Nikol Paşinyan Facebook-da birbaşa efirə çıxıb və vətəndaşları seçkiyə getməyə çağırıb. Habelə ötən gün bir çox yerlərdə “Ermənistan” blokunun rəhbərlərinə qarşı nifrət və təhqir məzmunlu materiallar yayılıb. Bu prosesi hakimiyyətə yaxın Soros təşkilatlarının təşkil etdiyi bildirilir.

10.39

Ermənistanda keçirilən seçkilərlə bağlı ilk qanun pozuntuları haqda xəbərlər gəlməkdə davam edir. Keçmiş prezident Serj Sərkisyanın Respublika partiyasının sədr müavini Armen Aşotyan bildirir ki, hərbi hissələrdə əsgərlərin hakim partiyaya səs verməyə məcbur edilməsi haqda faktlar daxil olur. Belə ki, Tavuş vilayətindəki hərbi hissələrdən birinin komandiri əsgərləri Nikol Paşinyana səs verməyə məcbur edir. Zəngəzurda, Xndzoreks kəndində isə əsgərlərə Paşinyanın adından dondurma paylayıblar.

Hakimiyyətin seçkilərin nəticələrini öz xeyrinə dəyişə bilmək üçün inzibati resursları işə saldığı barədə digər xəbərlər də gəlməkdədir.

10:18

Keçmiş prezident Robert Köçəryanın “Ermənistan” blokunun Sisyan şəhərindəki mərkəzi qərargahında və qərargah rəhbərlərinin evlərində axtarışlar aparılır.

Veteninfo.az xəbər verir ki,, bu barədə “Novosti Armeniya”ya Sisyan şəhərinin meri Artur Sarkisyan məlumat verib.

09:28

Bu gün Ermənistanda parlament seçkiləri keçirilir

Veteninfo.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, saat 20.00-da başa çatacaq. Ermənistanda erkən parlament seçkilərində rekord sayda – 25 siyasi qüvvə (4 blok və 21 partiya) iştirak edir. 2008 seçki məntəqəsindən 479-u Yerevanda, 1529-u isə bölgələrdə yerləşir.

2583 milyon vətəndaşın seçkilərdə iştirak etmək hüququ var, onlardan 855 mindən çoxu paytaxtdadır. 363 nəfər elektron səs verə bilər – onlar diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləridir.

Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər proporsional sistemlə keçirilir.

Xatırladaq ki, əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, ikinci prezident Robert Köçəryan hesab olunur. Köçəryan seçkiyə “Ermənistan” blokunun lideri kimi qatılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki