“Rusiya regiondakı bütün dövlətləri narahat edən məsələlərin bu formatda müzakirə ediləcəyini düşünür”.
Vətəninfo.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda “3+3” formatından bəhs edərkən bildirib.
“Region ölkələrini maraqlandıran müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparmaq üçün bu format imkanlar yaradır. Başqa sözlə, bu format ölkələr arasında qarşılıqlı münasibətlərə müsbət enreji verə bilər”, – o deyib.