image-373346_res_01backend

Rusiya Tacikistandakı hərbi arsenalını gücləndirir

image-reklam_sirab_01

Rusiya Tacikistandakı hərbi bazasının silah arsenalına yeni atıcı silahlar, habelə “Verba” Raket Əleyhinə Zenit Kompleksi daxil edib. “RİA Novosti” agentliyinin yaydığı xəbərə görə, bu məlumatı Rusiya Mərkəzi Hərbi Dairəsi yayıb.

“201-ci hərbi bazaya yeni avtomat – Kalaşnikov “AK-12″, “Makarov”u əvəzləyəcək “Yarıqin” tapançaları, iriçaplı “ACBK-M” snayper tüfəngləri, alovsaçanlar və “Verba” Raket Əleyhinə Zenit Kompleksi daxil olub”, – məlumatda bildirilib.

Bu silah və hərbi texnikalar Rusiya, Tacikistan və Özbəkistanın Əfqanıstanla sərhəddə keçirdikləri birgə təlimlərdə istifadə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki