“Sülh sazişinin hazırlanmasında Bakı və İrəvana köməklik göstərərkən Rusiya Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsiplərinə dair təklifləri rəhbər tutur”.
Vətəninfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Həmin təkliflər Bakıda hazırlanıb və konstuktiv nəticə olub. Onlar mövqelərin razılaşdırılması üçün yaxşı əsasdır. Onların razılaşması, tərəflərin yaxınlaşması üçün biz öz rolumuzu icra edirik”, – o bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi çərçivəsində üçtərəfli sazişlərin mahiyyətinə və ruhuna riayət etmək son dərəcə vacibdir.