Rusiya Xarici İşlər Nazirliyi ölkəsinin Əfqanıstan mövzusunda Böyük Britaniya ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.
Veteninfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.
“Rəsmi London hansı ölçüdə əməkdaşlığa hazırdırsa, Rusiya da Əfqanıstanla bağlı o səviyyədə Böyük Britaniya ilə əməkdaşlığa hazırdır”, – məlumatda qeyd edilib.
Bildirilib ki, həmçinin vaksin sertifikatlarının tanınması məsələsi müzakirə mövzusudur.


























