image-rus-xinbackend

Rusiya XİN məlumat yaydı

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Rusiya Xarici  İşlər nazirliyi Qazağıstandakı vəziyyətlə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, 2022-ci il yanvarın 6-da KTMT-nin baş katibi Stanislav Zas ilə Kollektiv Təhlükəsizlik Şurasının sədri, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Stanislav Zas Qazaxıstan Respublikasındakı vəziyyət və ölkədə vəziyyətin normallaşdırılması üçün KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin bu ölkəyə göndərilməsi ilə bağlı Kollektiv Təhlükəsizlik Şurasının Qərarının icrasının gedişi barədə məlumat verib.

Məlumatda deyilir ki, hazırda sülhməramlı kontingentlər Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə köçürülür.
“KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin əsas vəzifələri mühüm dövlət və hərbi obyektlərin mühafizəsi, vəziyyətin sabitləşdirilməsi və hüquqi müstəviyə qaytarılmasında Qazaxıstan Respublikasının qanun və asayiş qüvvələrinə köməklik göstərməkdir”.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki