Rusiyada son bir gündə daha 30 873 nəfərə COVID-19 diaqnozu qoyulub.
Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 9 956 679 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 176 nəfər artaraq 287 180-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 673 518 nəfər sağalıb.