Rusiyanın Saratov vilayətində helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.
Vətəninfo.az TASS-a istinadən xəbər verir ki, məlumatı yerli fövqəladə halları idarəsi yayıb.
“Saratov vilayətində təlim uçuşu yerinə yetirərəkən helikopter qəzaya uğrayıb. Bir nəfər ölüb”, – məlumatda qeyd olunub.
Saratovun meri Mixail İsayev qəzanın baş verdiyi təsdiqləyərək, pilotlardan birinin sağ-salamat tapıldığını bildirib.