image-dca76a1a-2da9-3923-bf53-cfbe7be0df63_850-1backend

Rusiyada Rövşən Əsgərova qarşı cinayət işi açılıb

image-reklam_sirab_01

Rusiyalı müstəntiqlər sosial şəbəkələrdəki paylaşımına görə Rövşən Əsgərova qarşı cinayət işi açıb.

Veteninfo.az-ın Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

“Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rövşən Əsgərova qarşı nasizmin reabilitasiyası ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü bəndi ilə başlanmış cinayət işini araşdırır”, – qurumdan bildiriblər.

Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatına görə, R.Əsgərov aprelin 6-da feysbuk sosial şəbəkəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və nüfuzdan salan məlumat yayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image