image-18backend

Rusiyada şaxtada daha 18 nəfərin meyiti tapılıb

image-reklam_sirab_01

Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” şaxtasında daha 18 mədənçinin meyiti tapılıb.

Veteninfo.az TASS-a istinadən xəbər verir ki, meyitlərin ərazidən çıxarılması hələlik mümkün olmayıb.

“Onlardan 10-u yuxarı transportasiyaya hazırdır. Hələlik yüksək metan səviyyəsinə görə bunu gerçəkləşdirmirik”, – agentlik bildirib. .

Xatırladaq ki, noyabrın 25-də Kemerovo vilayətindəki “Listvyajnaya” şaxtasında qəza baş verib. Hadisə nəticəsində 43-i xilasedici olmaqla, 96 nəfər ölüb. Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki