image-8453749f-e4fc-3012-afc5-a53b9c858db0_850backend

Rusiyadakı seçkilərlə bağlı Bakıda seçki məntəqəsi açılacaq

image-reklam_sirab_01

Rusiyada keçiriləcək parlament seçkilərilə bağlı sentyabrın 19-da Bakıda 8017 nömrəli seçki məntəqəsi açılacaq.

Veteninfo.az xəbər verir ki, Rusiya səfirliyinin konsulluq şöbəsində yerləşəcək məntəqədə səsvermə saat 8-dən 20-dək keçiriləcək. Səs vermək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazım deyil, məntəqəyə gələn Rusiya vətəndaşları siyahıya salınır.

Səs verəcək vətəndaşlar Rusiya Federasiyasının xarici pasportunu, yaxud diplomatik və ya xidməti pasportu təqdim etməlidirlər. Sənədlərin vaxtı ötüb və ya itirilibsə, daxili pasportla da səs vermək mümkündür.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki