image-saakasvilibackend

Saakaşvili tutulanda xəngəllə araq içirmiş…

image-reklam_sirab_01

Bu arada hazırda həbsxanada aclıq edən Mixail Saakaşvili Gürcüstana necə qayıtdığına dair sirri açıb. “Mən arvadımın familiyası ilə olan pasportla gəldim və gömrük nəzarətində koronavirusun təhlükəli delta-siqma variantına istinad edərək maskamı çıxarmadım. Mənim vətənə nəzərə çarpmadan daxil olmağımın bütün sirri bax bundadır”,-Mixail Saakaşvili həbsxanadan yazıb.

Sakaşvili habelə bildirib ki, təyyarə ilə Gürcüstana gələn günün axşamı patrul polisi onu tibbi maskanı çənəsinə endirdiyi üçün saxlayıb və cərimələyib. Bu zaman polis eks-prezidenti tanımayıb.

Bundan əvvəl Gürcüstan KİV-ləri Saakaşvilinin Ukraynadan göyərti daşıyan TIR-ın ventilyasiyalı kabinəsində gizlənərək gəldiyi bildirilirdi. Gürcüstan baş naziri İrakli Qaribaşvili isə bildirmişdi ki, Saakaşvilinin ölkəyə sentyabrın 29-da necə daxil olduğu məlumdur və bu işə yardım edənlər saxlanılıblar.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Tbilisidə gizləndiyi evdə tutulmasının görüntüləri yayılıb. virtualaz.org xəbər verir ki, kadrlarda polis əməkdaşlarının Saakaşvilinin qoluna qandal vurduqları görünür. Eks-prezident masanın yanında dayanıb, masanın üzərində gürcü xəngəli, çörək və araq var. Qollarına qandal vurulandan sonra Saakaşvili masanın üstündən araq stəkanını götürür və içir.

Gürcüstan hakimiyyətinin bildirdiyinə görə, Saakaşvili ölkəyə sentyabrın 29-da qeyri-leqal yolla daxil olub. Oktyabrın 1-də o, Gürcüstanda olduğuna dair video paylaşıb, həmin gün axşam Tbilisdəki mənzillərdən birində saxlanılıb.

 

virtualaz.org


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki