Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı özünün tviterdəki hesabında Prezident İlham Əliyevin doğum günü münasibətilə təbrik edib.
Vətəninfo.az xəbər verir ki, təbrikdə deyilir:
“Cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir,can sağlığı və uzun ömür arzulayıram.
Rəhbərliyində qardaş Azərbaycanın hər sahədə qazandığı uğurlar bizləri də hədsiz dərəcədə sevindirir. Bir millət iki dövlət olaraq birlikdə daha da güclənəcəyik”.