image-12backend

Selçuk Bayraktar: “Azərbaycanda helikopter qəzası ürəyimizi parçaladı”

image-reklam_sirab_01

“Bu gün (dünən-red) Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı. Can Azərbaycanın dərdini ürəkdən paylaşırıq”.

Veteninfo.az xəbər verir ki, bunları Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar özünün tviter səhifəsində yazıb.

“Şəhid olan qəhrəman hərbçilərimizin ruhu şad, məkanı cənnət olsun. Yaralılarımızın tezliklə sağalmasını arzulayıram.

Türk millətinin başı sağ olsun”, – Selçuk Bayraktar sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfər yaralanıb, 14 nəfər həlak olub. Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image