Ukraynanın “Desna” klubunun futbolçusu İqor Litovka ata olub.
Veteninfo.az xəbər verir ki, bu barədə futbolçunun özü instaqram hesabında paylaşım edib.
Rusiyanın Ukraynaya hücumundan sonra sığınacaqların birində məskunlaşan futbolçunun həyat yoldaşı Yelena Litovka qız övladı dünyaya gətirib.
Ukrayna paytaxtının intensiv atəş altında olmasına baxmayaraq o, xəstəxanaya yollanıb.
Qeyd edək ki, İqor Litovka 2015-ci ildə “Neftçi”nin maraq dairəsində olub. O, hətta Bakı klubunun düşərgəsində təlim-məşq toplanışına gəlib, lakin məşqçilər tərəfindən bəyənilməyib.