image-23backend

SOCAR “Kimya mühəndisliyi dizaynı” dərsliyinin tərcüməsini reallaşdıracaq

image-reklam_sirab_01

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onun Cənubi Qafgaz Boru Kəməri şirkətindəki tərəfdaşları “SOCAR Midstream” Sosial Sərmayə Təşəbbüsləri çərçivəsində ali məktəb tələbələrinin, tədqiqatçı və mütəxəssislərin biliklərini artırmalarına, müasir akademik ədəbiyyatdan istifadə etmələrinə yardım göstərmək məqsədi ilə dünyanın ən qabaqcıl universitetlərində tədris materialı kimi istifadə olunan dərsliklərin Azərbaycan dilinə tərcüməsinin maliyyələşdirilməsini həyata keçirməyə başlayıb.

Veteninfo.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, layihə çərçivəsində “Kimya mühəndisliyi dizaynı” dərsliyinin nəşri də reallaşdırılacaq.

Kitab kimya mühəndisliyi ixtisası üzrə təhsil verən dövlət ali təhsil müəssisələrində fəaliyyət göstərən kitabxanalara təqdim ediləcək. Kitabın tərcüməsi, redaktəsi və dəqiqliyinin təmin olunması prosesinə Azərbaycanda müvafiq sahədə zəngin təcrübəsi olan peşəkar tərcüməçilər və elm xadimləri cəlb olunub. Tərcümə ediləcək kitabın 2022-2023-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrində tədris vasitəsi kimi müəllim və tələbələrin istifadəsinə verilməsi planlaşdırılır.

Xatırladaq ki, eyni zamanda layihə çərçivəsində iqtisadiyyat və biologiya fənnləri üzrə dünyanın aparıcı universitetlərində istifadə olunan kitabların tərcüməsinə başlanıb. Həmin kitablar da növbəti tədris ilindən qeyd olunan istiqamətlər üzrə təhsil verən ali təhsil müəssisələrinin kitabxanalarına təqdim ediləcək.

.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki