image-35backend

Son bir ildə Ermənistanın müdafiə naziri dördüncü dəfə dəyişib

image-reklam_sirab_01

Suren Papikyan Ermənistanın yeni müdafiə naziri təyin olunub.

Veteninfo.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

O, bu postda Arşak Karapetyanı əvəzləyib.

Qeyd edək ki, S.Papikyan 1986-cı ildə aprelin 26-da Ermənistanın Stepanavan şəhərində anadan olub. İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında oxuyub. 2018-ci ildə ərazi idarəetmə və inkişaf naziri işləyib. 2021-ci il avqustun 2-də Baş nazirin müavini təyin olunub.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanın müdafiə naziri dördüncü dəfədir dəyişir.

Müharibə zamanı Ermənistanın müdafiə naziri postunu David Tonoyan tuturdu. O, 2020-ci ilin noyabrın 20-də işdən çıxarılıb. Həmin vəzifəyə Vaqarşak Arutyunyan təyin olunub. O, 2021-ci ilin iyulun 20-də vəzifəsində azad olunub. Həmin ilin avqustun 2-də Arşak Karapetyan Ermənistanın müdafiə naziri təyin olunmuşdu. O, noyabrın 15-də vəzifəsindən uzaqlaşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki