İş adamı Əli Ağaoğlu infarkt keçirib. Ağaoğlu Ataşehirdəki özəl xəstəxanalardan birinə aparılıb.
Vətəninfo.az “haber Global”a istinadən xəbər verir ki, günorta saatlarında xəstəlikdən əziyyət çəkən iş adamı Əli Ağaoğlu Ataşehirdəki özəl xəstəxanalardan birinə aparılıb. Ürək tutması olduğu öyrənilən Əli Ağaoğluna anjiyo müalicəsi tətbiq edilib.
Səhhətinin yaxşı olduğu öyrənilən Ağaoğlunun müalicəsi xəstəxanada davam etdirilir. Digər tərəfdən xəstəxana ətrafında təhlükəsizlik tədbirlərinin alındığı da görülüb.