image-20backend

“Taliban”dan qadınlara yeni QADAĞA

image-reklam_sirab_01

Əfqanıstanda “Taliban” rejimi qadınların çəkildiyi serialların yayımını qadağan edib.

Veteninfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qaydalara görə, ölkədə fəaliyyət göstərən qadın jurnalistlər və aparıcılar kamera qarşısına keçərkən hicab taxmalı olacaqlar.

“Taliban” rejimi Əfqanıstan televiziya kanalları üçün 8 yeni maddə hazırlayıb.

Qaydalarda həmçinin şəriət qanunlarını və “Əfqan dəyərlərini” pozduğu hesab edilən filmlərin, eləcə də kişi bədəninin özəl hissələrini göstərən şəkillərin yayımı qadağan edilib. Dini və ya əfqanları təhqir edən komediya və əyləncə proqramları da qadağan ediləcək. “Taliban” həmçinin xarici mədəni dəyərləri vurğulayan əcnəbi filmlərin nümayişinə qarşı da sərt qaydalar qəbul edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki