image-afghanistan-conflict-heratbackend

“Taliban” Əfqanıstan hakimiyyəti ilə Kabilə girmək üçün danışıqlar aparır

image-reklam_sirab_01

Radikal “Taliban” hərəkatı öz döyüşçülərinə Kabilə hücum etməməyi əmr edib.

Veteninfo.az xəbər verir ki, bu barədə “Taliban” hərəkatının sözçüsü Zabihullah Mücahid “Twitter” səhifəsində bildirib.

Zabihullah Mücahid yazıb ki, döyüşçülərimizə Kabilə girişdə qalmağı və şəhərə hücum etməməyi əmr etdik.

Əfqanıstan 1TV telekanalının verdiyi məlumata görə, “Taliban” rəhbərliyi qoşunlarına birbaşa Kabilə girməməyi tapşırıb.

Hazırda telekanal qeyd edir ki, “Taliban” hərəkatın qoşunlarının şəhərə sülh yolu ilə daxil olması üçün ölkə hökuməti ilə danışıqlar aparır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki