image-1backend

Tbilisidə dəhşətli partlayış: Çoxsaylı ölən və yaralanan var

image-reklam_sirab_01

Tbilisinin İsani rayonunda, Boçorma küçəsində yerləşən Battleground atış poliqonunda baş verən partlayış nəticəsində Gürcüstan Daxili İşlər Nazirliyinin bir əməkdaşı həlak olub, iki nəfər isə yaralanıb. Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

Vətəninfo.az-ın  “Sputnik Gürcüstan” a istinadən verdiyi məlumata görə , partlayışla bağlı məlumat aprelin 7-də günortadan sonra kütləvi informasiya vasitələrində yayılıb. Partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən biri xəstəxanada dünyasını dəyişib.

“Yanğınsöndürənlər 2 ölü və 4 yaralını hadisə yerindən çıxarıblar, onlardan biri xəstəxanada ölüb. Zərərçəkənlərdən biri Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Xəsarət alanlardan ikisi Daxili İşlər Nazirliyinin, biri isə Battleground mağazasının əməkdaşıdır”, – idarədən bildirilib.

Gürcüstan Daxili İşlər Nazirliyi həlak olanların ailələrinə başsağlığı verib.

Partlayışla bağlı araşdırma “elektrik və ya istilik enerjisi, qaz, neft və ya neft məhsulları obyektlərində təhlükəsizlik qaydalarının pozulması iki və daha çox şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki