image-puabackend

Tehran xaricdəki əməliyyatlarda dronlardan istifadəni genişləndirir

image-reklam_sirab_01

Tehranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds briqadası” xaricdəki əməliyyatlarında pilotsuz uçan aparatların tətbiqini genişləndirir.

Veteninfo.az  xəbər verir ki, bu haqda müxalif qüvvələrin cəmləşdiyi Tehranın  Milli Müqavimət Şurasının bəyanatına istinadən “Frans Press” agentliyi bildirir.

Məlumatda deyilir ki, hazırda Tehranın müxtəlif çeşiddə PUA-lar istehsal edən 8 zavod fəaliyyət göstərir, həmin zavodlarda əsasən Çin, Cənubi Koreya və digər ölkələrdən alınan ehtiyat hissələr istifadə edilməklə zərbə və kəşfiyyat PUA-ları yığılır.

 

Təşkilat bildirir ki, “Qüds briqadası” əsasən PUA-ları Suriya, İraq və Yəməndəki əməliyyatlarında istifadə edir. Eyni zamanda Tehran rejimi özünün hərbi hava qüvvələrini PUA texnologiyası ilə müəyyən qədər modernizə etməyə çalışır.Tehranın  Hava və Kosmik Qüvvələr Komandanlığının nəzdində pilotsuz aviasiya komandanlığı yaradılıb, PUA-lar rejimin müxtəlif bölgələrindəki bazalarda yerləşdirilib.

İnqilab Keşikçiləri Korpusu xaricdəki “proksilərinə” PUA təlimi vermək üçün onları Tehrana gətirir. PUA-lar isə TIR-ların içərisində gizlədilərək İraq və Suriyaya daşınır, Yəmənə isə dəniz yoluyla çatdırılır.

Qeyd edək ki, Tehran rejimi  son illər PUA texnologiyasına çıxış əldə edə bilib və raketlərlə təchiz edilmiş uzaqmənzilli PUA-larla yanaşı kiçik kamikadze-dronlar da istehsal edir. Lakin ekspertlərə görə, fars-molla rejimi bu sahədə Türkiyə  və İsrail kimi ölkələrdən çox geri qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki