image-228180_unha7ih1z1backend

Tom Kruzun 233 minlik maşını oğurlandı

image-reklam_sirab_01

Hollivud ulduzu Tom Kruzun vaş rolda oynadığı və çəkilişləri İngiltərədə aparılan “Mission Impobbisle 7” filmi ətrafında qalmaqal bitmir.

Veteninfo.az xarici mediaya istinadən xəbər verir ki, çəkiliş meydanında və kamera arxasında tez-tez mübahisələr yaşanan ekran işinin yaradıcı heyəti bu dəfə oğurluqla üzləşib.

İddialara görə Tom Kruzun cangüdəninin istifadə etdiyi bahalı bir markaya məxsus avtomobil oğurlanıb. Maşın Kruzun qaldığı otelin dayanacağında olub. İçərisində aktyorun çemodanları da yer alıb. Maşınla birlikdə oğurlanan əşyaların dəyərinin minlərlə funt-sterlinq olduğu açıqlanıb.

Oğrular maşının təhlükəsizlik siqnalının qarşısını almaq üçün açarı kopyalayıblar. Tom həmin ərazidə bir kənddə qalır. Film çəkilişi üçün getdiyi yerə isə helikopterlə aparılıb. O, helikopterdən düşdükdən sonra otelinə oğurlanan maşınla gedirmiş. Oğurlanan “Porsche” markalı maşının qiyməti 100.000 funt sterlinq (təxminən 233 min AZN) olub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki