image-1a66966b-45a5-3ed0-b3a1-819c92fef5f2_850backend

Türkiyə ordusu Suriyanın şimalında 5 terrorçunu zərərsizləşdirib

image-reklam_sirab_01

Türkiyə ordusu Suriyanın şimalında daha 5 terrorçunu məhv edib.

Veteninfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə hücuma cəhd edən 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

“Terrorçuların hücumlarına misli ilə qarşılıq verməyə davam edirik”, – məlumatda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki