image-7a9f83ce-7b2f-4271-80fc-db474cf00144_850backend

Türkiyə ordusu Suriyanın şimalında daha 4 terrorçunu zərərsizləşdirib

image-reklam_sirab_01

Suriyanın şimalında daha 4 PKK/YPG terrorçusu məhv edilib.

Veteninfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə hücuma cəhd edən 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

“PKK/YPG terror təşkilatının “Barış Pınarı” bölgəsindəki dinclik və güvən şəraitini pozmasına icazə vermədik və verməyəcəyik”, – məlumatda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki