image-32backend

Türkiyə “S-400” və “Patriot”-un alternativini yaradır

image-reklam_sirab_01

Türkiyədə 2022-ci ildə Rusiyanın “S-400 Triumf” və ABŞ-ın “Patriot” sistemlərini əvəz edə biləcək hava hücumundan müdafiə sistemləri layihələri çərçivəsində yeni konsepsiyalar təqdim ediləcək. Bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, 2022-ci ildə HİSAR və SİPER hava hücumundan müdafiə sistemlərinin zenit-raket komplekslərinin yaradılması layihələri çərçivəsində yeni konsepsiyalar ortaya çıxacaq. “HİSAR A +” və “HİSAR O +” sistemləri sınaqdan keçirilmişdir.

“Beləliklə, Türkiyə S-400 və “Patriot”a alternativ olaraq meydana çıxacaq SIPER hava hücumundan müdafiə sisteminin yaradılmasına bir addım da yaxınlaşacaq”, – deyə qəzet yazır. Qeyd olunur ki, sistemin 2023-cü ildən fəaliyyət göstərməsi planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki