Türkiyənin İstanbul şəhərində beşmərtəbəli oteldə baş verən güclü yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Məlumata görə, yanğın binanın ikinci mərtəbəsində başlayıb, alov sonradan digər mərtəbələrə də yayılıb.
Əraziyə xeyli sayda xilasedici, polis və tibb işçisi cəlb olunub. Hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Qeyd edilir ki, hadisə zamanı daha 1 nəfər yanğının baş verdiyi otaqda qalıb. O, həmin vaxt oteldə olanlardan biri tərəfindən xilas edilib. Yanğın 1 saat sonra lokallaşdırılıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil.