image-226f5bce-e044-45dc-839a-4970fa1b09fc_850backend

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

image-reklam_sirab_01

Türkiyənin Samsun şəhərində İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.

Veteninfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat 3 fərqli ünvanda gerçəkləşdirilib.

Samsunun Atakum, İlkadım və Canik rayonlarında keçirilən əməliyyat nəticəsində İraq əsilli 2 şəxs saxlanılıb.

Onların yaşadıqları ünvanlardan rəqəmsal materiallar götürülüb.

Daha bir şübhəlinin saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki