image-19backend

Türkiyədə müəllimləri daşıyan mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

image-reklam_sirab_01

Türkiyədə ağır yol qəzası baş verib.

Veteninfo.az -ın “Haber Global”a istinadən məlumatına görə, hadisə Şanlıurfa əyalətində qeydə alınıb.

Belə ki, Akçakala rayonunda ekskursiyaya gedən müəllimlərin olduğu mikroavtobus qarşıdan gələn avtomobillə toqquşub. Mikroavtobus qəzadan sonra xəndəyə yuvarlanıb. Hadisə zamanı 10 müəllim xəsarət alıb.

Qəza yerinə təcili yardım, jandarm və xilasedicilər cəlb edilib. Xəsarət alanlar Akçakala Dövlət Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki