image-7backend

Türkiyədə yük avtomobili mikroavtobusa çırpılıb, 20 nəfər yaralanıb

image-reklam_sirab_01

Türkiyənin şərqindəki Şanlıurfa vilayətində yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində bir neçə uşaq da daxil olmaqla 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Veteninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Türkiyənin Şanlıurfa və Akçakale şəhərlərini birləşdirən avtomobil yolunda baş verib.

İlkin məlumata görə, yük avtomobili mikroavtobusa arxadan çırpılıb, nəticədə hər iki nəqliyyat vasitəsi yol kənarındakı çuxura aşıb.

Qeyd olunur ki, yol qəzasında xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki