image-8backend

Türkiyənin Sahil Mühafizəsi onlarla qanunsuz miqrantı xilas edib

image-reklam_sirab_01

Türkiyənin Sahil Mühafizəsi Muğla əyalətinin cənub-qərbində, Marmaris sahillərində 34 nəfər qanunsuz miqrantı xilas edib.

Bu barədə Vətəninfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Miqrantlar Egey dənizini qayıqlarla keçməyə cəhd ediblər. Lakin Yunanıstan sahil mühafizəsi onları Türkiyənin ərazi sularına göndərib.

Sahil Mühafizəsinin əməkdaşları miqrantları quruya çatdırıblar.

Qanuni prosedurlar tamamlandıqdan sonra miqrantlar Muğlanın Miqrasiya İdarəsinə aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image