Futbol üzrə Avropa Super Liqasının yaradılmasının tərəfdarları ilk nəzərəçarpacaq uğura imza atıblar. Avropa İttifaqı Məhkəməsi FİFA və UEFA-nın futbol klublarının bazardakı mövqelərindən sui-istifadə edərək Super Liqada iştirakını qadağan etməklə Aİ qanunvericiliyini pozması barədə qərar qəbul edib. Eyni zamanda, Aİ-nin ali məhkəməsi heç bir halda Superliqanın yaradılmasına icazə verilməyəcəyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, Superliqanın tərəfdarları bunu futbol tarixində mühüm nailiyyət hesab edirlər, çünki o, rəqabət hüququnun aliliyini tanıyıb, UEFA-nın monopoliyasına son qoyub.
Mütəxəssislər qeyd edirlər ki, Aİ məhkəməsinin qərarı ilə futbol klublarının sanksiyalara məruz qalacağından qorxmağa əsasları qalmayacaq və onlar Superliqada iştirak edib-etməməyə qərar verəcəklər. Bununla belə, UEFA da hesab edir ki, Superliqanın mövcudluğu hələ Aİ məhkəməsinin qərarı ilə təsdiqlənməyib. Xatırladaq ki, 2021-ci ildə İngiltərə, İspaniya və İtaliyanı təmsil edən Avropanın 12 futbol klubu Superliqa yaratmaq və bununla da UEFA Çempionlar Liqası ilə birbaşa rəqabətə girmək istədiklərini bəyan ediblər. UEFA isə öz növbəsində bu layihəni tənqid edib və onun həyata keçirilməsinin qarşısını almağa hər cür cəhd edir.