image-94e828c0-4b5b-3110-9c97-108a9be44190_850backend

Ukrayna ilə Rusiya arasında 5-ci dəfə əsir mübadiləsi həyata keçirilib

image-reklam_sirab_01

Ukrayna və Rusiya arasında əsirlərin 5-ci mübadiləsi həyata keçirilib.

Veteninfo.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal altında olan ərazilərin reinteqrasiyası məsələləri üzrə nazir İrina Vereşşuk sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Ukraynanın 76 vətəndaşı əsirlikdən azad olunub. Onlardan 60-ı hərbçi, 16-sı isə mülki şəxslərdir: “Bu gün biz 10-u zabit olmaqla əsirlikdə olan 60 hərbçimizin mübadiləsini keçirdik. 16 dinc sakin də evlərinə qayıdıb”.

Qeyd edək ki, aprelin 14-də 4-cü əsir mübadiləsi olub. Onda Ukraynanın 22 hərbçisi və 8 mülki vətəndaşı əsirlikdən azad edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image