image-1backend

Ukrayna ordusunun vəziyyəti getdikcə pisləşir – Zelenski

image-reklam_sirab_01

Ukrayna ordusu üçün Donetsk istiqamətində vəziyyət getdikcə pisləşir. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“Belə qaynar müharibə zamanı cəbhədə vəziyyət həmişə ağır olur. Lakin bu günlərdə, xüsusən də Donetsk istiqamətində bu, getdikcə çətinləşir”, – deyə Zelenski Telegram kanalında yayımladığı videomüraciətində bildirib.

O vurğulayıb ki, Ukrayna silahlı qüvvələri bir neçə aydır ki, Qərbdən kömək gözləyir.
Bundan əvvəl DXR rəhbərinin müşaviri Denis Puşilinin müşaviri İqor Kimakovski bəyan etmişdi ki, Ukrayna silahlı qüvvələrinin döyüşçüləri Çasov Yardan dinc sakinlərin təxliyyəsinin qarşısını alır. Bu yolla Rusiya silahlı qüvvələrinin irəliləməsini ləngitməyə çalışırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki