Ukraynada ötən sutkada 13 531 nəfərə COVID-19 diaqnozu qoyulub.
Vətəninfo.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilib ki, eyni dövr ərzində 525 nəfər pandemiyanın qurbanı olub. Məlumata görə, ümumilikdə ölkədə 3 463 872 nəfərdə koronavirus aşkarlanıb.
Onlardan 2 995 727 nəfər sağalsa da, 87 057 nəfər virusdan ölüb.