Ukraynada son sutkada koronavirusa yoluxma sayı daha 2 810 nəfər artıb.
Bu barədə Vətəninfo.az UNİAN-a istinadə xəbər verir.
Bununla da ölkədə yoluxanların ümumi sayı 3 645 124 nəfərə yüksəlib.
Həmçinin, ölkədə gün ərzində 138 nəfər infeksiyadan ölüb. Beləliklə, Ukraynada COVID-19-dan ölənlərin ümumi sayı 94 838 nəfərə çatıb.
Ötən gün infeksiyaya yoluxmuş 4 279, ümumilikdə isə 3 428 212 nəfər xəstəlikdən sağalıb. Hazırda ölkədə 122 074 nəfər koronavirus xəstəsi var.