image-376153_res_01backend

ÜST koronavirusun “Mu” mutasiyasını araşdırır

image-reklam_sirab_01

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un “Mu” mutasiyası ilə bağlı araşdırmaya başlayıb. Bu barədə xarici KİV-lər yazıb. Qeyd edilir ki, yeni mutasiya vaksinlərə qarşı daha davamlıdır. “Mu” variantı, həmçinin B.1.621 kimi məşhurdur. O, təşkilatın müşahidəsi siyahısına “maraqlı variant” kimi əlavə edilib. Yeni variant potensial immun qaçış xüsusiyyətlərinə malikdir. İlkin məlumatlar göstərir ki, o, “beta”ya bənzər vaksinasiyadan qaça bilər, lakin mütəxəssislər bu ştammla bağlı daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər. “Mu” mutasiyası ilk dəfə 2021-ci ilin yanvarında Kolumbiyada aşkarlanıb. Hazırda yeni ştamm azı 39 ölkədə mövcuddur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki