image-1backend

Vətən Müharibəsi Qəhrəmanının qızı Azərbaycan çempionu oldu -FOTO

image-reklam_sirab_01

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Mehrab Niftəliyevin  qızı Ləman Niftəliyeva  daha bir uğura imza atıb. Ləman Niftəliyeva Cudo üzrə Respublika cempionatında öz çəkisində ölkə çempionu olmağı bacarıb. Ləman Niftəliyevanı bu qələbə münasibətilə təbrik edirik. Qeyd edək ki,   Mehrab Söhrab oğlu Niftəliyev 13 may 1985-ci ildə Quba rayonunun Qam-Qam kəndində anadan olub. O, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi Vətənə xidmət edib, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub. 44 günlük Vətən müharibəsində noyabrın 8-i Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki