image-indirbackend

Vətən uğrunda döyüşən igidlərimiz, heç vaxt unudulmaz!

image-reklam_sirab_01

Hər birimizin bildiyi üzrə, 2020-ci il sentyabr ayından etibarən başlamış 44 günlük müharibə, Azərbaycanın qələbəsi ilə başa çatıb. Bu qələbənin əldə olunması üçün, canından keçmiş şəhidlərimiz, qazilərimiz və şəhid ailələrinə hörmətimiz sonsuzdur. Bununla yanaşı dövlətimiz də, şəhid ailələri və qazilərin qayğısına qalmaq üçün bir çox tədbirlər həyata keçirmişdir.
Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunacaq. Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarına əsasən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə xüsusi Komissiya yaradılmışdır.Həmçinin, hərbçilər tibbi sosial ekspertiza ilə təmin olunacaqdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ həlli məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi daxildir.
Bütün bunlardan əlavə olaraq qeyd etmək istəyirəm ki, döyüşlərdə iştirak etmiş hərbçilərə psixoloji yardım da göstərilir və bu proses davam etdiriləcəkdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə komissiya yaradılıb. Komissiyaya Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi daxildir.
Məlumdur ki, “YAŞAT” Fondu dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılıb.
Bu Fondun qarşısına qoyduğu əsas məqsəd, şəhid ailələrinə və qazilərimizə yardım üçün müvafiq platformanın yaradılması, bununla yanaşı, bu sahədə ictimai nəzarətin və şəffaflığın tam təmin edilməsidir.
Bu Fondun əsas fəaliyyət istiqamətlərindən biri, vətəndaşlara xidmətdir. Fondun vəsaiti, şəhid ailələrinin və qazilərimizin borc öhdəliklərinin qarşılanması, müdaxilə və psixoloji dəstək xərclərinin ödənilməsi, bununla yanaşı, təhsil ilə bağlı maddi ehtiyacların təmin olunmasına sərf edilir. “ASAN XİDMƏT” əməkdaşlarından və könüllülərdən ibarət 69 qrup formalaşıb, hansı ki, bu qruplar bütün rayonları əhatə edir və müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkirlər.
Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralı şəxs ilə görüş keçirilib və onların əsas ehtiyacları müəyyənləşdirilib. İndiyə qədər “YAŞAT” Fonduna 24 804 936 manat toplanıb. Bu məbləğin bir qismi fiziki şəxslər, digər qismi isə hüquqi şəxslər tərəfindən ödənilib.
Bu fonda edilmiş könüllü ödənişlər, xalqımızın bir yumruq kimi birləşməsinin ən gözəl sübutlarından biridir. Böyük vətən müharibəsi zamanı da güclü birlik nümayiş etdirən Azərbaycan xalqı, qısa müddət ərzində, azad edilmiş torpaqlarımıza qovuşacaq və orada həyatı canlandıracaqlar.

Azərbaycan Dillər Universitetinin
Əlixanlı Fatimə Elnur qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki